9fcf643d-30ae-494f-af2d-b3de901011d4..jpg

İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl üçüncü dəfə qələbə qazanıb – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl üçüncü dəfə qələbə qazanıb – VİDEO

İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul” evdə “Aston Villa”nı qəbul
edib.

Cixisyolu.com xəbər verir ki, qarşılaşma “Enfild”də baş tutub.

“Liverpul”un üstünlüyü ilə keçən oyunda hesab erkən açılıb. 3-cü dəqiqədə
“Liverpul”un yeni səkkiz nömrəsi macarıstanlı Dominik Soboslai Premyer Liqada
ilk qoluna imza atıb. 19 dəqiqə sonra keçən turun qəhrəmanı Darvin Nunyesin
ötürməsindən top “Aston Villa”nın müdafiəçisi Metyu Keşə dəyərək qapıya daxil
olub. Beləliklə, ilk hissə “qırmızılar”ın böyük üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də ümumi mənzərə dəyişməyib. 55-ci dəqiqədə Mersisayd
təmsilçisinin misirli hücumçusu Məhəmməd Salah fərqlənib. Ona məhsuldar
ötürməni Darvin Nunyes edib.

Bu qol oyundakı yekun hesabı müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, 4 oyundan sonra “Liverpul” Premyer Liqada 3-cü pillədə
qərarlaşıb. Növbəti tur “Liverpul” səfərdə “Vulverhempton”la qarşılaşacaq.
Birmingem təmsilçisi olan “Aston Villa” isə 11-ci pillədə qərarlaşıb və növbəti
tur Londonun “Kristal Pelas”ı ilə üz-üzə gələcək.


Source link