İnsanabənzər viruslar aşkarlanıb

İnsanabənzər viruslar aşkarlanıb

Baxış sayı: 2. 625 dəfə baxılıb.

Fransa və Braziliya alimlərindən ibarət beynəlxalq qrup əvvəllər heç bir virusda rast gəlinməyən mürəkkəb genetik aparata malik yeni növ nəhəng mimiviruslar aşkarlayıb. Tupanviruslar adlanan bu orqanizmlər özünəbənzər infeksiya agentlərindən fərqli olaraq daha çox insanabənzər eukariotik orqanizmlərə yaxındır.

 ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında elmi məqalə dərc olunub.

Virusların digər obliqat (insan orqanizmdə yaşayan) parazitlərdən yoluxmuş hüceyrəyə malik mexanizmlərdən istifadə etməklə çoxalması ilə fərqləndiyi məlum olub.

Əksəriyyəti fasiləsiz translyasiya prosesini təmin edən zülal sintezi aparatının elementlərini kodlaşdıran genlərə, ribosom, daşıyıcı RNT (tRNT), fermentlərə və zülal faktorlarına malik deyil.

Lakin 1992-ci ildə nəhəng ölçüsü, yüzlərlə genə malik, tRNT kodlaşdıran, digər viruslardan fərqlənən mimiviruslar aşkarlanıb.

Yeni tədqiqatda alimlər iki yeni tupanvirusu uzun silindrik kapsidvari quyruqlu təsvir etmişlər. 
Onlar qələvi göllərdə və dənizin dərinliyində yaşayan Acanthamoeba castellanii və Vermamoeba vermiformis amyöblərdən ifraz olunub. Bu viruslar 1276-1426 zülalı kodlaşdıran ikizəncirli DNT strukturuna malik olmaqla 70 tRNT və 20 aminoasil –tRNT sintetazı (aaRS), özündə əks translasiya aparatına sahibdir.

 Eukariotik və bakterial orqanizmlər üçün xarakterik olan genetikasında ribosomal genlər açkar edilməyib. Translasiya prosesi ilə bağlı genlərin ümumi sayına  görə tupanviruslar Candidatus Carsonella ruddii bakteriyasını, Nanoarchaeum equitans arxeyasını və eukariota Encephalitozoon cuniculi üstələyir.

Tupanaviruslar həmçinin müxtəlif orqanizmləri yoluxdura və sadəcə çoxalmayan virus zərrəciyinin  hüceyrəyə düşməsi onun parçalanması ilə nəticələnir. Elmə məlum olmayan bu proses sahibin ribosom aparatının deqradasiyasına səbəb olur.  Bu proses virusun hüceyrə mexanizmini öz zülalarının ifrazına yönəltməsində əks olunur.

www.ÇıxışYolu.Com