b84b5070-f2a6-47ab-b8c3-e5c3c28f201e..jpg

“İnter” “Benfika”dan güclü oldu, “Mançester Siti” “Bavariya”ya böyük hesabla qalib gəldi – VİDEO

Baxış sayı: 747 dəfə baxılıb.

“İnter” “Benfika”dan güclü oldu, “Mançester Siti” “Bavariya”ya böyük hesabla
qalib gəldi – VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Cixisyolu.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə keçirilib. “Mançester Siti” öz
meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matç
“şəhərlilər”in böyükhesablı qələbəsi ilə başa çatıb. Rodrinin uzaq məsafədən
gözəl zərbə ilə hesabı açdığı matçda İngiltərə təmsilçisinin digər qollarını
Bernardu Silva və Erlinq Holand vurublar.

Digər görüş isə Portuqaliyada olub. Lissabonda “Benfika” İtaliyanın “İnter”
klubu ilə qarşılaşıb. Matç “nerazzuri”nin “quru” hesablı qələbəsi ilə başa
çatıb – 2:0. “İnter”in qollarını Nikolo Barella və penaltidən Romelu Lukaku
vurublar.


Source link