9fd4cee2-3b20-4471-b406-048a2f3a19d2..jpg

İPL: “Mançester Siti” “Liverpul”a böyük hesabla qalib gəldi – VİDEO

Baxış sayı: 990 dəfə baxılıb.

İPL: “Mançester Siti” “Liverpul”a böyük hesabla qalib gəldi – VİDEO

İngiltərə Premyer Liqasında (İPL) XXIX tura start verilib.

Cixisyolu.com xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz
meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı
qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin
“şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian
Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay
Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.

28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci
pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27
matçda topladığı 42 xalla altıncı yerdədir.


Source link