45b7628c-43dc-414f-9b87-8fcdea0f551d..jpg

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib – FOTO

Baxış sayı: 722 dəfə baxılıb.

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib – FOTO

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar və
Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların sahibkarlıq fəaliyyətinə
güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal
və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı
müraciətlərinə baxılıb.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin
verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal və emal
müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin
iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab
və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün
qeydiyyata alınıb.

Source link