Yerevan Afrin əməliyyatına görə narahatdır

Yerevan Afrin əməliyyatına görə narahatdır

Baxış sayı: 2. 627 dəfə baxılıb.

Yerevan  Dövlət Universitetinin Şərq Elmləri Fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan Türk Silahlı Qüvvələrinin (TSQ) Suriya ərazisində keçirdiyi əməliyyat çərçivəsində gələcəkdə atacağı addımların Suriyadakı erməni diasporu üçün birbaşa təhlükə olduğunu deyib.

ÇıxışYolu.Com xəbər verir ki, mətbuata açıqlama verən Melkonyan TSQ-nin Suriyanın şimalında davam etdirdiyi “Zeytun Budağı” əməliyyatı çərçivəsində hədəf aldığı yaşayış mərkəzləri arasında ermənilərin də yaşadığı Qamışlı şəhərinin yer aldığını qeyd edib.

Ekspert “Əslinə baxsaq növbə Qamışa gələrsə, orada TSQ ilə erməni diasporu qarşı-qarşıya gəlmiş olacaq. Tarixdə baş verənlər nəzərə alınarsa, bu vəziyyətin soydaşlarımız üçün nə ilə nəticələnəcəyini müəyyən etmək o qədər də çətin deyil” – deyə bildirib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İraq rəsmiləri ilə PKK-nın mövqelərinin yerləşdiyi İraqın şimalında əməliyyat keçirmək məsələsini müzakirə etdiyi görüş sonrası verdiyi bəyanatını xatırladan Melkonyan, əsas hədəfinin Mosul olduğu fikrini dilə gətirib.

.
www.ÇıxışYolu.Com