f71c5c61-2cbc-42e6-a26d-f5d8c7ab9533..jpg

İrəvanda qızıl medal qazanmış türkiyəli idmançıların Bakıya nə vaxt gələcəkləri məlum oldu

Baxış sayı: 582 dəfə baxılıb.

İrəvanda qızıl medal qazanmış türkiyəli idmançıların Bakıya nə vaxt
gələcəkləri məlum oldu

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan
Türkiyə idmançılarının Bakıya səfər edəcəkləri tarix müəyyənləşib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti
İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya
gələcəklər. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc,
gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır
Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə
iştirakları nəzərdə tutulub.

Source link