e4c13900-3757-46b9-b016-9c75127d762d..jpg

İrəvanı tərk edən idmançılarımızın Vətənə dönəcəkləri vaxt bəlli oldu – YENİLƏNİB

Baxış sayı: 859 dəfə baxılıb.

İrəvanı tərk edən idmançılarımızın Vətənə dönəcəkləri vaxt bəlli oldu –
YENİLƏNİB

İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq
Gürcüstandadırlar.

Cixisyolu.com-ın xəbərinə görə, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin
Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev verib.

Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana
daxil olub.

“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları
Vətənə çatdıracaq”, – Q.Mehdiyev deyib.

14:50

Ermənistanda ağır atletika üzrə Avropa çempionatında iştirak etməli olan
Azərbaycan idmançıları artıq İrəvanı tərk ediblər.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan idman nazirinin müavini Karen Giloyan Azərbaycan
idmançılarının artıq sərhəddən keçdiklərini bildirib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının
açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını
götürüb vəyandırıb .

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün
birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdəVətənə qaytarılması
nı qarşı tərəfdən tələb ediblər.

Faiq Tağıyev

Source link