İran Azərbaycanda xəstəxana icarəyə götürür

İran Azərbaycanda xəstəxana icarəyə götürür

Baxış sayı: 6. 345 dəfə baxılıb.

İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bunu İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlıq uğurla davam edir:

“Azərbaycan İrana Bakıdakı özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu, baş tutacaq”.

Bundan əlavə, nazir bildirirb ki, Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində işlər davam edir.

.
www.ÇıxışYolu.Com