dab8bf84-2128-4e7d-a433-c98234f936e2..jpg

İran rejimi Fələstin məsələsindən sui-istifadə edir – VİDEO

Baxış sayı: 911 dəfə baxılıb.

İran rejimi Fələstin məsələsindən sui-istifadə edir – VİDEO

Aprelin 5-də İran parlamentinin plenar iclasında Azərbaycanın İsraildə
səfirliyinin fəaliyyətə başlamasını pisləyən bəyanat oxunub.

210 deputatın imzaladığı bəyanatı parlamentin Qumdan seçilmiş üzvü Əhməd
Əmirabadi Fərahani səsləndirib.

Azərbaycan Respublikasının daxili işlərinə və xarici siyasətinə kobud müdaxilə
cəhdi sayıla biləcək həmin sənəddə bir çox absurd ittihamlar və cəfəng tezislər
yer alıb.

Belə ki, bəyanatda Azərbaycanın İsraildə səfirlik açması islam dünyasının
maraqlarına zidd addım kimi qiymətləndirilib və iddia olunub ki, bundan sonra
dünya müsəlmanları Azərbaycan hakimiyyətini İsrailin məzlum fələstinlilərə
qarşı törətdiyi cinayətlərin şəriki sayacaqlar.

Əvvəla, Azərbaycan dövləti istədiyi ölkədə səfirlik açmaq və münasibətləri
inkişaf etdirməkdə tam sərbəstdir, bunun üçün hansısa üçüncü dövlətdən, o
cümlədən İrandan icazə almağa borclu deyil. İkincisi, İran deputatlarının
məntiqindən çıxış etsək, onda Pakistan və ya Səudiyyə Ərəbistanı kimi böyük
müsəlman dövlətlərindən fərqli olaraq, işğalçı Ermənistanla diplomatik əlaqələr
quran, onunla hərtərəfli əməkdaşlığını daim inkişaf etdirən İran rejimi də
erməni silahlı birləşmələrinin otuz illik işğal dövründə Azərbaycan ərazisində
törətdiyi vəhşiliklərə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün
həyatı yaşayarkən çəkdiyi müsibətlərə şərikdir.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim
edirik:


Source link