İran, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcəklər

İran, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcəklər

Baxış sayı: 8. 880 dəfə baxılıb.

Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək.

Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.

.
www.ÇıxışYolu.Com