1ae0b8b6-dfdd-42fc-9ed5-249e5046a1ef..jpg

İranda hicab taxmaqdan imtina edən tibb bacısına həbs və şallaq cəzası verildi – FOTO

Baxış sayı: 839 dəfə baxılıb.

İranda hicab taxmaqdan imtina edən tibb bacısına həbs və şallaq cəzası verildi
– FOTO

İranın Qum şəhərində bankda hicab tələbinə tabe olmayan tibb bacısı həbs və
şallaq cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Məryəm Bənirəzi adlı xanım “hicabını açmaq” və “ictimai asayişi
pozmaq” ittihamı ilə 8 ay 10 gün müddətinə azadlıqdan məhrumetməyə və 74 şallaq
cəzasına məhkum edilib.

Məhkəmə, həmçinin ona iki il müddətinə dövlət qulluğunda çalışmağı qadağan
edib.

Source link