b55effbe-4b41-4adc-8627-13e406902c5d..jpg

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

Baxış sayı: 665 dəfə baxılıb.

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin
xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin
əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi
24 kiloqram 500 qram narkotik vasitənin və 2 890 ədəd “Metadon M-40” psixotrop
həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin
qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link