736117b9-05ff-4dd9-8a46-ac233f0bce23..jpg

İrandan idxal edilən 446 tondan artıq kivi məhsulunda uyğunsuzluq aşkarlanıb

Baxış sayı: 973 dəfə baxılıb.

İrandan idxal edilən 446 tondan artıq kivi məhsulunda uyğunsuzluq aşkarlanıb

İrandan idxal edilən 446 tondan artıq kivi məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
məlumat verilib.

Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət
tədbirlərini davam etdirir. Bu xüsusda, son dövrlər İran İslam Respublikasından
idxal edilən bitkiçilik məhsulu partiyalarında bir-birinin ardınca aşkarlanmış
uyğunsuzluqlarla əlaqədar fitosanitar nəzarət tədbirləri gücləndirilib, ölkənin
bitki sağlamlığına təhlükənin qarşısının alınması istiqamətində qanunvericiliyə
uyğun müvafiq tədbirlər davam etdirilməkdədir. Agentlik əməkdaşlarının həyata
keçirdiyi yoxlama-nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından
idxal edilən kivi məhsulu partiyalarına fitosanitar baxış zamanı məhsullardan
götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq protokolları nəticəsində, ümumilikdə İran İslam Respublikasından idxal
olunmuş kivi məhsullarının 26 partiyasında karantin tətbiq edilən zərərli
orqanizmlər aşkar edilib. Adıçəkilən partiyalardan 25-də tut qalxanlı
yastıcası, 1-də isə Yaponiya yalançı çanaqlı yastıcası aşkarlanıb. Zərərli
orqanizm aşkarlanan məhsulların ümumi miqdarı 446.4 ton olmuşdur ki, bu da
2023-cü ildə ölkəyə idxal edilən (2309 ton) kivi məhsulunun 19 %-ni təşkil
edir. Sözügedən sitrus meyvələrində aşkarlanmış uyğunsuzluqlar barədə İran
İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına Agentlik tərəfindən 26
bildiriş (notifikasiya) göndərilib.

“Təəssüf ki, bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin
digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan
idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib, – AQTA-nın
məlumatında bildirilib.

Source link