452ec15b-2949-400f-91e8-deadcb379735..jpg

İrandan nota fırıldaqçılığı

Baxış sayı: 885 dəfə baxılıb.

İrandan nota fırıldaqçılığı

Beynəlxalq qəbul edilmiş qaydalara görə, diplomatik notalar protokola uyğun
olaraq həftənin iş günləri göndərilir. Lakin rəsmi İran bu dəfə də növbəti
addımı ilə sivil dünyadan kənarda qaldığını bir daha nümayiş etdirdi.

Belə ki, İran Xarici İşlər Nazirliyi aprelin 1-də, yəni şənbə günü Azərbaycana
diplomatik “nota” göndərib. Ya rəsmi İran protokol qaydalarından bixəbərdir, ya
da bilərəkdən yalandan “nota” göndərir.

Məsələnin digər maraqlı tərəfi budur ki, Azərbaycanın Tehrandakı səfirliyi
fəaliyyət göstərmir və müvafiq olaraq səfirimiz orada yoxdur. Belə olan halda
sual yaranır: İranlılar notanı necə göndəriblər?

Tehrandakı molla rejimin öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir
siyasəti yeritdiyi çoxdan bilinən məsələdir. Bu siyasət uzun müddətdir aparılır.

Belə ki, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycana qarşı təhqiredici
Səhər TV telekanalı yaradıblar. Bu sadalanan və digər faktlar İran mediasının
plüralizmdən nə qədər uzaqda olduğunu göstərir.

Azərbaycan mediası isə əksinə, özünün prüralizmi ilə seçilir. Ən əsası odur
ki, plüralizmin hökm sürdüyü Azərbaycan mətbuatında bu gün Tehran rejimi ilə
bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. İranda isə bu
sarıdan vəziyyət yumşaq desək, tam fərqlidir.

Buna baxmayaraq, vətənpərvər Azərbaycan mediası İranın bütün yalan və
böhtanlarını ifşa edərək onlara layiqli cavab verir.

Source link