098eb894-16c5-4b1e-8a60-897b65d4679f..jpg

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur” – FOTO

Baxış sayı: 923 dəfə baxılıb.

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur” – FOTO

İranın müxtəlif şəhərlərində orta məktəb şagirdlərinin zəhərlənməsi halları
ilə bağlı məlumatlar daxil olmağa davam edir.

Lakin problemin həlli üçün rəsmilər arasında heç bir koordinasiyadan
əsər-əlamət yoxdur.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məsələ ilə bağlı İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA-ya
müsahibə verib.

“Şagirdlərin zəhərlənməsi elə bir məsələ deyil ki, parlament, hökumət və
məhkəmə sistemi bunu görməzdən gəlsin və ya ona əhəmiyyətsiz yanaşsın. Bu
məsələ ciddi araşdırılmalıdır, çünki məncə, bu, bioloji terrordur”, – deyə o
qeyd edib.

Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və müəyyən dairələr tərəfindən
məqsədli şəkildə törədilir.

Source link