e6ab72c4-5e50-48cf-ac26-ea0530198112..jpg

İşçi qrupu Avstriya Parlamentinin Azərbaycana qarşı ədalətsiz yanaşmasını rədd etdi

Baxış sayı: 459 dəfə baxılıb.

İşçi qrupu Avstriya Parlamentinin Azərbaycana qarşı ədalətsiz yanaşmasını rədd
etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Avstriya
Parlamentinin 19 oktyabr 2023-cü il tarixli birtərəfli, regionda baş verən
hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına və beynəlxalq
aləmdə Avstriya Respublikasının neytral mövqeyinə zidd olan bəyanatına qəti
etirazını bildirir və regionda etimad və sülh yaradıcı fəaliyyəti hədəf alan bu
hərəkəti şiddətlə qınayır”.

Cixisyolu.com xəbər verir ki, bu fikirlər Azərbaycan-Avstriya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun bəyanatında yer alır.

“Qəbul edilən bəyanatda Azərbaycanın öz suveren ərazisində terrorçuluqla
mübarizəsi, antiterror tədbirləri zamanı mülki əhalinin ziyan çəkməməsi,
Qarabağın erməniəsilli sakinlərinin könüllü olaraq Ermənistana keçməsi,
Qarabağı tərk etməyərək orada qalan insanlara Azərbaycanın hər cür yardım
etməsi, reinteqrasiya prosesi üçün Azərbaycanın xüsusi portal yaratması və
Azərbaycanın Prezident Administrasiyasının reinteqrasiya üçün xüsusi plan bəyan
etməsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmayıb, regionda mövcud olmuş
münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları,
onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan
əhalisinin etnik təmizləməyə məruz qalması öz əksini tapmayıb.

18 oktyabr 2023-cü il tarixində Avstriya Parlamentində deputatlarla görüş
zamanı bütün bu məsələlər və faktlar tərəfimizdən sübutlarla onların diqqətinə
çatdırılıb və deputatları maraqlandıran bütün suallara cavab verilib.

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq ölkəmizə
qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edirik. Hesab
edirik ki, bu cür bəyanatlar Ermənistandakı revanşist qüvvələri Azərbaycana
qarşı fəaliyyətlərə təhrik edir və heç bir halda Azərbaycanla Ermənistan
arasında normallaşma prosesinə xidmət etmir”, – bəyanatda bildirilir.

Source link