18d5fc53-8874-47f7-8945-baa85a1582f6..jpg

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

Baxış sayı: 1. 130 dəfə baxılıb.

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon
sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın
saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə
son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10
ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngləri aşkarlanıb. Həmin şəxslər
barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, cari il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu
istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 33
tüfəng vətəndaşlardan aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Source link