İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

Baxış sayı: 12. 693 dəfə baxılıb.

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 128,000

3-4. “Barselona” (İspaniya) – 127,000

“Bayern” (Almaniya) – 127,000

5. “Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

“Sevilya” (İspaniya) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borusiya” (Dortmund, Almaniya) – 88,000

10. “Portu” (Portuqaliya) – 86,000

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) – 20,542

“Real Sosyedad” (İspaniya) – 20,542

“Betis” (İspaniya) – 20,542

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” – 3,825

“Keşlə” – 3,825

“Zirə” – 3,825

“Kəpəz” – 3,825

“Xəzər Lənkəran” – 3,825

S.T.
www.ÇıxışYolu.Com