İsrailə hücumun təşkilatçılarından olan “Nuhba” yaraqlılarının daha bir
rəhbəri məhv edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının “Nuhba”
komandosunun daha bir rəhbərini – Əli Qadini məhv edib.
Bu barədə qurumun “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, o, Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail yaşayış
məntəqələrinə hücuma rəhbərlik edib.
O da qeyd edilir ki, Əli Qadi 2005-ci ildə İsrail vətəndaşlarının oğurlanaraq
öldürülməsindən sonra saxlanılıb. Lakin iki tərəf arasında məhbus mübadiləsi
zamanı o, sərbəst buraxılıb. Həmin vaxt o israilli hərbçi Gilad Şalitlə
dəyişdirilmişdi.
SAXAL bundan əvvəl HƏMAS-ın yüksək rütbəli üzvü Murad Əbu Muradın
“Nature Party” musiqi festivalına hücum zamanı Fələstin Hərbi Hava Qüvvələrinə
rəhbərlik edib.