55d85abb-266b-4843-b710-e8c4bb936741..jpg

İsrail İrana xəbərdarlıq edib

Baxış sayı: 778 dəfə baxılıb.

İsrail İrana xəbərdarlıq edib

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat
göndərsə, İsrail buna çox sərt cavab verəcək.

Bu barədə İsrailin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa
hərbi yük göndərərsə, İsrail tərəddüd etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşşar Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən
istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair
məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı
altında artıq bir neçə yük təyyarəsi göndərib.

Mənbə: “İranİnternational”

Source link