İsrail ordusuna Qəzza zolağına müdaxilə icazəsi verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hərbçilər hazır olan kimi İsrail ordusu Qəzza zolağına daxil olacaq.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin
iqtisadiyyat və sənaye naziri Nir Barkat ABC telekanalına məlumat verib.
“İsrail hökuməti qərar qəbul edib və orduya yaşıl işıq yandırıb”,- deyən nazir
silahlı qüvvələrin hazır olduqları zaman bunu edəcəklərini bildirib.
O, hərbi planların təfərrüatlarını açıqlamayıb.