İstanbul bazası əsasında danışıqlara hazırıq - Putin

İstanbul bazası əsasında danışıqlara hazırıq – Putin

Baxış sayı: 175 dəfə baxılıb.

Ukrayna üzrə danışıqlar hətta sabah da baş tuta bilər, lakin Rusiya mövcud vəziyyətdən çıxış edəcək.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hanoyda jurnalistlərə açıqlamasında deyib.

“Bizim tərəfimizdən bu təkliflər masadadır, buyurun. Artıq bu danışıqlarda maraqlı olan bütün subyektlərin öz masasında olanı götürüb bu danışıqlara nə vaxt başlayacağı bizdən asılı deyil. Onların bununla nə zaman məşğul olacağı onların işidir. Yenə deyirəm, hər şey real həyatda baş verənlərdən asılı olacaq”, – Putin bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya İstanbul və Minsk bazası əsasında Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.

“Bir daha təkrar etmək istəyirəm ki, İstanbulda və Minskdə demək olar ki, ay yarım davam edən çətin danışıqlar zamanı əldə edilmiş razılaşmalara əsasən, biz Ukrayna tərəfi ilə dialoqumuzu davam etdirməyə hazırıq”, – deyə, Putin bildirib.

O əlavə edib ki, İstanbulda Ukrayna ilə bağlı əldə olunan razılaşmalar, prinsipcə, Ukrayna tərəfi üçün məqbul idi.