e844ba0f-ac59-4387-8fff-3f1c12e42026..jpg

İstanbulda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası keçiriləcək

Baxış sayı: 449 dəfə baxılıb.

İstanbulda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası keçiriləcək

Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin
(AOK) 52-ci Baş Assambleyasının iclası keçiriləcək.

Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat Xidmətindən verilən məlumata görə,
Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos,
BOK-un prezidenti Tomas Baxın iştirak edəcəkləri iclasın ilk günündə
“Paris-2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları
müzakirə olunacaq.

Həmçinin AOK-un “Strategiya Gündəliyi 2030” iştirakçılara təqdim olunacaq.
Bundan əlavə, AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları
dinləniləcək.

Daha sonra 12-ci Pyotr Nurovski “Ən yaxşı avropalı gənc atlet” mükafatının və
Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatının təqdim edilməsi
mərasimi keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın açılış nitqi ilə
başlayacaq Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları – “Krakov &
Malopolska 2023”, məlumat və media, Avropa federasiyalarının və MOK-larının
təcrübələri və gələcək tövsiyələri, qarşıdan gələn “Paris-2024” Yay Olimpiya
Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya sponsorları, tibb
və antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici əlaqələr idarəsinin müdiri Anar
Bağırov da AOK-un 52-ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.

Baş Assambleyanın iştirakçılarına AOK-un prezidenti Spiros Kapralos, AOK-un
Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq.

AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların
təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.

Source link