İstanbulda AZAL-a məxsus təyyarədə insident – FOTO

İstanbulda AZAL-a məxsus təyyarədə insident – FOTO

Baxış sayı: 3. 064 dəfə baxılıb.

İstanbulun Atatürk Hava Limanına “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsinin enişi zamanı insident baş verib.

ÇıxışYolu.Com-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

İnsident nəticəsində xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ÇıxışYolu.Com-ya açıqlamasında bildirib ki, təyyarə eniş edəndən sonra hava gəmisinin ehtiyat trapı açılıb və bağlanıb:

“Problem tez bir zamanda aradan qaldırılıb Bakı-İstanbul reysi ilə uçan təyyarə artıq Bakıdadır. Təyyarə cədvəl üzrə uçub və heç bir gecikmə qeydə alınmayıb”.

www.ÇıxışYolu.Com