bfa72da6-3b50-43eb-bcff-d4f1d74759e9..jpg

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib

Baxış sayı: 843 dəfə baxılıb.

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl-zinət əşyaları aşkar
edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları
daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn
Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

Baxış zamanı əl yüklərindən altı qutuda qablaşdırılmış, ümumilikdə təqribi
çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link