2b43fc0e-485c-41b6-834b-afe23efc93f2..jpg

İsveçin baş naziri: “Finlandiya tezliklə NATO-ya üzv olacaq”

Baxış sayı: 997 dəfə baxılıb.

İsveçin baş naziri: “Finlandiya tezliklə NATO-ya üzv olacaq”

İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, Finlandiyanın NATO-ya üzv
olması İsveçdən daha tez baş verəcək.

Bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər şey müvafiq ssenari üzrə inkişaf edir və tezliklə
Helsinki NATO-nun üzvü olacaq.

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib:

“Sadəcə xəritəyə diqqətlə baxın, bizi NATO ölkələri əhatə edir”, – deyə o
vurğulayıb.

Mənbə: Expressen

Source link