fa20caaa-04da-4f5f-b9cb-708e8f431855..jpg

İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir”

Baxış sayı: 521 dəfə baxılıb.

İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir”

“Mənim fikrimcə, hazırda Ermənistanda baş nazir Paşinyanı devirmək məqsədilə
əhaliyə qarşı genişmiqyaslı psixoloji təxribat aparılır”.

Bu fikirləri Bizim.media-ya açıqlamasında tanınmış erməni fəal, bloqer İşxan
Verdyan deyib.

“Laçın” sərhəd-keçid məntəqəsi yaxınlığında Ermənistanın yaratdığı humanitar
şouya münasibət bildirən Verdyan, əsas məqsədin erməni sakinlər arasında
çaşqınlıq yaradılmasına yönəldiyini bildirib.

“Cəmiyyət maksimum dərəcədə sabitliyi pozur və yönünü itirir. Bunun
nəticəsində insanlar ətrafdakı hadisələri düzgün qiymətləndirmək və düzgün
seçim etmək imkanından məhrum olurlar. Bu gün şahidi olduğumuz bütün dəliliklər
daxili auditoriyaya yönəlib. Demək olar ki, bu çılğınlığın təşkilatçıları
özləri də yaxşı bilirlər ki, bəyan etdikləri şüarlar tamamilə cəfəngiyyatdır və
Azərbaycana hansısa yolla təsir göstərə bilməyəcəklər”, – deyə Verdyan qeyd
edib.

Məqsədlərinin Azərbaycana qarşı və ya hüquqlarının qorumaq olmadığını söyləyən
erməni bloqer əsas hədəfin revanşistlər tərəfindən Paşinyanın devrilməsi
olduğunu qeyd edib:

“Onlar Azərbaycanı geri çəkilməyə məcbur edə bilməyəcəklər. Amma bu onlara
lazım deyil, məqsədləri tamam başqadır. Ermənistanın daxilində xaos yaratmağa
çalışırlar ki, bu gün Nikol Paşinyanı dəstəkləyənlər sabah onu devirsinlər. Əks
təqdirdə elə mənzərə formalaşdırmağa çalışırlar ki, düşmənləri belə Paşinyanı
devirsə, xalq sakitcə izləsin, müdaxilə etməsin”, – deyə Verdyan əlavə edib.

Source link