İtaliya millisinin futbolçusu dünyasını dəyişib

İtaliya millisinin futbolçusu dünyasını dəyişib

Baxış sayı: 8. 028 dəfə baxılıb.

İtaliya millisinin futbolçusu və “Fiorentina” komandasının kapitanı müdafiəçi Davide Astori 31 yaşında xəstəlikdən dünyasını dəyişib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Bildirilir ki, futbolçu Udinedə hoteldə vəfat edib. Astori yuxudan ayılmayıb. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi  barədə məlumat verilmir.

Qeyd edək ki, Astori İtaliya yığmasında 14 oyun keçirib və bir qol vurub. 

Karyerası ərzində o, “Roma”, “Kalyari”, “Kremoneze”, “Piççiqettone” və “Fiorentina” kimi klublarda çıxış edib.

www.ÇıxışYolu.Com