88c9384e-567d-4986-b9ac-d59491f2b5f7..jpg

Jah Khalibdən Rusiyadakı konsertlərinin ləğv edilməsi barədə AÇIQLAMA

Baxış sayı: 835 dəfə baxılıb.

Jah Khalibdən Rusiyadakı konsertlərinin ləğv edilməsi barədə AÇIQLAMA

Ukraynanı dəstəkləməsi səbəbindən Rusiyadakı konsertləri ləğv edilən Jah
Khalib bu barədə açıqlama verib.

Qazaxıstanda fəaliyyət göstərən, azərbaycanəsilli hip-hop ifaçısı, repçi
Bəxtiyar Məmmədov vəziyyəti “Instagram” hesabında şərh edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Dövlət Dumasının deputatlarının
istinad etdiyi paylaşım bir il əvvəl dərc edilib:

“Son bir neçə gündə oxuduqlarınızın hamısı yalandır. Ətrafında ajiotaj yaranan
paylaşım bir ildən əvvəl dərc olunub. Bu, çətin anda mənə və səkkiz aylıq
hamilə olan həyat yoldaşıma bomba sığınacağından təxliyə edilib Qazaxıstana
salamat çatmağa kömək edən Ukraynadan olan sadə insanlara minnətdarlıq
paylaşımıdır. Nəticədə, Uca Tanrıya həmd olsun, qızım sağ-salamat dünyaya
gəldi, bir ildir onunla doğma Almatıda yaşayırıq”.

Source link