Jirinovskinin "mavi" jurnalistlə yaxınlığı haqqında şayiələrə cavab gəldi

Jirinovskinin "mavi" jurnalistlə yaxınlığı haqqında şayiələrə cavab gəldi

Baxış sayı: 3. 190 dəfə baxılıb.

Dövlət dumasının Liberal Demokratlar partiyasından olan vitse-spikeri İqor Lebedyev,  “mavi” jurnalistin partiya lideri Vladimir Jirinovski tərəfindən cinsi istismarı ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Deputatın sözlərinə görə, “Nastoyaşee vremya” telekanalının jurnalisti Renat Davletqildeyevin bu barədə səsləndirdiyi iddia xalis böhtandır.

Lebedyev hesab edir ki, jurnalistin bəyanatı bütün fraksiyaya təhqirdir.

“O bunu mənə küçədə desəydi, heç bir söz demədən, ağzına ilişdirərdim” deyə Lebedyev bildirib.

Deputat “partiya lideri Jirinovskiyə qara yaxan jurnalistin cəzalandırılması üçün” ona qarşı hansı hüquqi addımların atılacağı ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Xatırladaq “mavi” olduğunu gizlətməyən jurnalist Renat Davletqildeyev martın 22-də öz “Facebook” hesabında Vladimir Jirinovskinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini yazmışdı. 

Onun sözlərinə görə, 2006-cı ildə “Mis Rusiya” gözəllik müsabiqəsinin finalından sonra Jirinovski onu köməkçisinin bağ evində olan saunaya aparmağa çalışıb.

.
www.ÇıxışYolu.Com