29f32466-401f-4287-9299-ae4b7e4f07ac..jpg

Kəlbəcər rayonunun Almalıq kəndi – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Kəlbəcər rayonunun Almalıq kəndi – FOTO

Kəlbəcər rayonunun Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının ətəyində
yerləşir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı – əkinçilik, maldarlıq və
heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni
vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan
Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il
noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Almalıq kəndinin
görüntülərini təqdim edir.

Source link