d7944ec0-65d6-4517-bc31-773c18ae287b..jpg

Kəlbəcər rayonunun Vəng kəndi – FOTO

Baxış sayı: 627 dəfə baxılıb.

Kəlbəcər rayonunun Vəng kəndi – FOTO

Kəlbəcər rayonunun Vəng kəndi Bağlıpəyə kənd inzibati ərazi dairəsində, Tərtər
çayının sahilində yerləşir. Xudavəng monastır kompleksi bu kəndin
yaxınlığındadır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan
Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il
noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu, o cümlədən Vəng kəndi Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini
təqdim edir.

Source link