ec445a86-c6b7-404e-ba0a-eea92a531352..jpg

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 693 dəfə baxılıb.

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət
işi açıldı – YENİLƏNİB + VİDEO

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət
oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində
yaralanması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun
böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun
işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və
İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər
görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti
ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər
dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri
istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.

12:01

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi
qulluqçusu Ramiz İsmət oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi
nəticəsində yüngül yaralanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib
və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə
yoxdur.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün
məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda
qeyd olunur.


Source link