Kainatda qalaktikaların qəribə hərəkəti aşkarlandı

Kainatda qalaktikaların qəribə hərəkəti aşkarlandı

Baxış sayı: 7. 916 dəfə baxılıb.

Avstraliyanın Beynəlxalq radioastronomik tədqiqat mərkəzinin alimləri bütün qalaktikaların kənar sahələrində olan kosmik obyektlərin nüvə ətrafında  təxminən bir milyard ilə dövrə vurduğunu öyrənib.

ÇıxışYolu.Com-ın “Phys.org”da dərc olunan pres-relizə istinadən verdiyi xəbərə görə, bu fenomen artıq qəbul olunmuş astronomik baxışları alt-üst edib.

Belə ki, ənənəvi baxışa görə, eyni ölçüdə olan qalaktikaların müxtəlif sürətlə dövrə etdiyi fərz olunurdu. Bu fenomen

Tədqiqatçıların sözlərinə görə, bu fenomen diskinin radiusundan asılı olmayaraq bütün kənar ulduz sistemləri üçün xarakterikdir. Bu onunla izah olunur ki, eyni ölçüyə malik bütün qalaktikalar orta hesabla eyni sıxlığa malik olur.

Alimlər eyni zamanda qalaktik disklərin kənarında kənarlarında təkcə cavan ulduzların və ulduzlar arası qazların deyil, eyni zamanda köhnə ulduzların mövcud olduğunu müəyyən edib.

Bundan bir neçə gün əvvəl İspaniyanın La Laquna Universitetinin astronomları içində artıq yeni ulduzların meydana gəlmədiyi  “NGC 1277” relikt qalaktikasını kəşf etmişdi. Sözü gedən qalaktika Yer planetindən 220 milyon işıq ili uzaqlıqda yerləşir.  

.
www.ÇıxışYolu.Com