Kanadalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını
təklif edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Artıq ikinci dəfədir ki, Azərbaycanda səfərdəyəm. Həqiqətən bu ölkəyə
səfərdən həzz alıram”.
Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun
üzvü kanadalı səyyah Erik Abtan APA-ya açıqlamasında deyib.
Kanadada, Almaniyada yaşayan azərbaycanlı dostlarının olduğunu bildirən səyyah
vurğulayıb ki, onlar Azərbaycan haqqında ona çox maraqlı söhbətlər ediblər:
“Mən burada gözəl şəkillər çəkmişəm. Qarabağ, bu dağlar, bu mənzərə çox
gözəldir. Həmçinin mən Azərbaycan yeməklərini sevirəm. Bu regionun turistik
potensialı fantastikdir, siz bir Xudafərin körpüsünə baxın. Mən təəcübləndim
ki, buranı necə olub UNESCO-nun mədəni İrs Siyahısına salmayıblar. Hesab edirəm
ki, körpü bu siyahıda yer almağa layiqdir. Düşünürəm ki, illər sonra bura səfər
edəndə biz burada çoxlu insan görəcəyik və bu körpünün xüsusi statusu olacaq”.
Səyyah deyib ki, Kəlbəcər və Laçının turizm potensialı da xüsusidir: “Oranın
özünəməxsus təbiəti var”.