“Kann” kinofestivalının  afişası müəyyənləşdi – FOTO

“Kann” kinofestivalının afişası müəyyənləşdi – FOTO

Baxış sayı: 2. 150 dəfə baxılıb.

71-ci “Kann” kinofestivalının afişası müəyyənləşib.

ÇıxışYolu.Com festivalın rəsmi saytına istinadən xəbər verir ki, afişanın qəhrəmanları Jan Pol Belmando və Anna Karinadır.

27 yaşlı dizayner Flor Makin posterə çəkmək üçün 1965-ci ildə çəkilən Jan Lyuk Qodarın “Dəlisov Pyero” filmindən baş qəhrəmanların öpüşdüyü kadrı seçib.

Fotonun əsl müəllifi isə yüzdən çox filmin çəkilişini ölümsüzləşdirən Corc Pierdir.

Qeyd edək ki, münsiflər heyətində Keyt Blanşet və Eduar Baerin olduğu festival 8 may günü başlayacaq. 

.
www.ÇıxışYolu.Com