0ca865a8-6e2f-421c-a9ca-2d7bcbac3bdc..jpg

Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI: Boşanandan sonra…

Baxış sayı: 564 dəfə baxılıb.

Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI: Boşanandan
sonra…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin
təfərrüatı məlum olub.

“Trend”in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən
“SP beauty” gözəllik salonunda baş verib.

Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat
yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib.

Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb. Boşanandan sonra Pərvanə
Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan
salonda işləyib.

Source link