Keçmiş məhkumlar əməllərini təkrarladılar

Keçmiş məhkumlar əməllərini təkrarladılar

Baxış sayı: 3. 050 dəfə baxılıb.

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini A. Məmmədov (ad və soyad şərtidir) saat 5:00 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar – Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.

www.ÇıxışYolu.Com