“Keçmiş rusiyalı casus” zəhərlənib?

“Keçmiş rusiyalı casus” zəhərlənib?

Baxış sayı: 2. 406 dəfə baxılıb.

Britaniyanın Uiltşayr şəhərində naməlum maddə ilə zəhərləndiyi iddia olunan şəxsin keçmiş Rusiyalı casus Sergey Skripal olduğu elan edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

66 yaşlı Skripal  2010-cu ildə ABŞ və Rusiya arasında “casus mübadiləsindən” sonra Böyük Britaniyada siyasi sığınacaq almışdı.

Bazar günü İngiltərə polisi Salisburi rayonundakı ticarət mərkəzlərindən birində bir qadın və kişinin naməlum maddə ilə zəhərləndiyi xəbərini yayıb.

Polis rəsmiləri hələ ki, söhbətin radioaktiv zəhərlənmədən gedib-getmədiyini açıqlamır.

İnsidentdən sonra “A&E” ticarət mərkəzi bağlanıb, binanın yaxın çevrəsi polis nəzarətinə götürülüb.

Rusiyanın keçmiş kəşfiyyat polkovniki olmuş Skripal 2006-cı ildə Britaniyanın xeyrinə casusluğa görə həbs olunub və 13 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Rusiyanın kəşfiyyat xidmətində çalışan və Avropada məxfi əməliyyatlarda iştirak edən agentlərinin kimliklərini Britaniyanın “MI6” xüsusi xidmət orqanına ötürüb.

 Skripal bu məlumatların müqabilində ümumilikdə 100 000 dollar əldə edib.

Casus mübadiləsindən sonra Britaniyaya köçüb və bu ölkədə siyasi sığınacaq alıb.

Onun və rəfiqəsi olduğu iddia olunan xanımın hazırda Salisburi rayon xəstəxanasına müalicə aldığı bildirilir.

.
www.ÇıxışYolu.Com