Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq arzusundadır

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq arzusundadır

Baxış sayı: 2. 989 dəfə baxılıb.

KXDR-ın lideri Kim Çen In ABŞ-la sülh saizişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlərin yaradılması ilə bağlı “böyük arzusunu” dilə gətirib. 

Bu barədə Azpress.news “RİA Novosti”yə istinadən xəbər verir. 

Pxenyanda Cənubi Koreya nümayəndə heyətilə görüşündə Kim Çen In ABŞ-la münasibətlərin normallaşdırılması ilə bağlı niyyətini bildirib:

“Kim Çen Inın məqsədi ondan ibarətdir ki, ABŞ-la sülh razılığı bağlansın və hətta Pxenyanda ABŞ səfirliyinin fəaliyyətə başlamasına kimi normal diplomatik əlaqələr qurulsun”, – deyə mənbə qeyd edib. 

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqtonda buna razılıq verilib və bildirilib ki, görüşün vaxtı və yeri bir qədər sonra razılaşdırılacaq. 

Şimali Koreya hökuməti  artıq çoxdan, Kim Çen Inın babası, KXDR birinci prezidenti Kim İr Senin dövründən ABŞ-la sülh danışığının bağlanması haqqında təkliflə çıxış edib.

Vaşinqton bu imkanın hətta müzakirəsindən belə imtina edib. Bu da ABŞ-ın Koreya Respublikası ilə müttəfiq öhdəçilik münasibətlərində olmasından irəli gəlib.

Koreya Respublikasının qanunlarına görə, KXDR nəinki dövlət deyil, hətta qadağan edilmiş “antidövlət təşkilatıdır”. 

www.ÇıxışYolu.Com