7b2a1536-1b36-48cb-b385-0cdd1ad90b67..jpg

Kirəyə mənzil axtaran tələbələr fırıldaqçıların qurbanına çevrilə bilərlər – VİDEO

Baxış sayı: 482 dəfə baxılıb.

Kirəyə mənzil axtaran tələbələr fırıldaqçıların qurbanına çevrilə bilərlər –
VİDEO

Yeni tədris ilinə sayılı günlərin qalması kirayə mənzil bazarını canlandırıb.

Xezerxeber.az-ın məlumatına görə, bir çox bölgələrdən Bakıya tələbələrin
gəlişi kirayə evlərin qiymətinin artması ilə yanaşı, bəzi fırıldaqçılıq
hallarına da yol açıb.

Belə ki, ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələrin valideynləri
şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar. Bu isə heç də hər zaman
yaxşı sonluqla bitmir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tövsiyə edir ki, kirayə ev
axtaran tələbələr özləri mənzili görməli və seçim etməlidirlər. Əks halda
fırıldaqçıların qurbanına çevirilə bilərlər.

Onun sözlərinə görə, hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların
toruna düşürlər.

Ekspert deyir ki, xüsusilə də birinci kurs tələbələrini hədəfə alan bu
dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link