KOBİA-nın təlim və məsləhət xidmətlərindən cari ildə 9500-dən çox şəxs
faydalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların, biznesə
başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud
biliklərinin artırılması üçün 648 təlim keçirilib. Təlimlər “biznesə başla”,
“layihə idarəetməsi”, “maliyyənin idarəolunması”, “satış”, “marketinq”,
“rəqəmsal bacarıqlar”, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər
istiqamətləri əhatə edib.
Bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, bu dövrdə KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına
çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə
bağlı 1 266 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti
göstərilib.
Ümumilikdə, 2023-cü ilin doqquz ayı ərzində KOBİA tərəfindən göstərilən
ödənişsiz təlim və məsləhət xidmətlərindən 9 500-dən çox KOB subyekti, startap
və biznesə başlamaq istəyən şəxs yararlanıb.
KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə
424 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.
Agentliyin videotəlim platformasındakı onlayn təlim videolarından ödənişsiz
olaraq 420 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Bu dövrdə 20 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün
KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində
menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”
çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlərlə KOBİA-nın
saytından