d2174ebf-2047-4ddd-97e6-3a06ee4e9c60..jpg

Kolumbiyalı jurnalistdən ermənilərin rüşvət təklifinə sərt cavab – FOTO

Baxış sayı: 452 dəfə baxılıb.

Kolumbiyalı jurnalistdən ermənilərin rüşvət təklifinə sərt cavab – FOTO

ABŞ-nin Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri kolumbiyalı jurnalist
Roberto Trobaxo Ernandesə Ermənistana səfər edərək oradan reportaj hazırlamaq
müqabilində istədiyi məbləği ödəməyi təklif ediblər.

Bu barədə kolumbiyalı jurnalist öz “X” hesabında yazıb.

“Mənim Azərbaycan xalqına və hökumətinə olan sədaqətimi, dostluğumu bir neçə
min dollara almaq və ya satmaq olmaz”, – deyə jurnalist bildirib.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Ernandes Şuşa şəhərinə və Azərbaycanın
erməni işğalından azad edilmiş digər ərazilərinə səfər edərək həmvətənlərinə
gördüklərindən danışıb. Bu isə erməni diasporunun qətiyyən xoşuna gəlməyib və
onun nümayəndələri jurnalistə rüşvət təklif etməkdən daha “ağıllı” yol
tapmayıblar.

Emisario de @ANCA_DC . me
llamó ofreciéndome pagárseme viaje y estadía en Armenia y lo que yo quisiera
cobrarles por un Reportaje de TV y artículos.
Valgo muchísimo: mi lealtad y mi amistad con el pueblo y gobierno azerbaiyano
no se compran ni me vendo por unos miles de dólares.
— Roberto Trobajo Hernández ® 🇨🇺🇨🇴🇦🇿 (@Roberto_Trobajo) September 5,
2023

Source link