852eaecb-b4a5-4742-8d11-475006e406d4..jpg

Komedixananın Zarinası onu sevməyən atasından və botokslu kişilərdən danışdı – VİDEO

Baxış sayı: 632 dəfə baxılıb.

Komedixananın Zarinası onu sevməyən atasından və botokslu kişilərdən danışdı –
VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı aktrisa Zarina Qurbanova olub.

Aktrisa ona məşhurluq qazandıran “Komedixana” layihəsindən, atası ilə
münasibətindən, canlandırdığı “Narkoman” obrazından, botoks etdirən kişilərdən
danışıb.

O, qazandığı uğurların səbəbinin atasının diqqətini çəkmək olduğunu deyib:

“Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma
səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, “yaxşı ki sən mənim qızımsan”
deməyini istəməyim idi. Atam olub, amma olmayıb. Atalığı ancaq anamda görmüşəm.
Amma atamı artıq bağışlamışam”.

Z.Qurbanova “Narkoman” obrazını rahatlıqla canlandırmasının səbəbinə də
aydınlıq gətirib:

“Atam hərbçi olub. Ona görə də çox ölkə, şəhər, məktəb dəyişmişəm. Güclü
müşahidəçi olmuşam. Elə məhəllələrdə yaşamışam ki, uşaqlıqdan narkomanları
görmüşəm. Həyat elə gətirdi ki, ən yaxınım narkomaniyadan əziyyət çəkməyə
başladı və mən hər an onun yanında oldum. Həmin hisslərin necə ağır olduğunu
bilirəm”.


Source link