402add30-0d3c-46ef-8fac-e62532fd09c2..jpg

Konqresin Kiyevə dəstəyi gözlənilən əks-hücumun nəticələrindən asılı olacaq

Baxış sayı: 732 dəfə baxılıb.

Konqresin Kiyevə dəstəyi gözlənilən əks-hücumun nəticələrindən asılı olacaq

Ukrayna ordusunun may ayında gözlənilən əks-hücumu uğursuzluqla nəticələnərsə,
ABŞ Konqresi Kiyevi dəstəkləməkdən imtina edə bilər.

ABŞ-də dərc edilən “The Wall Street Journal” bu barədə Ağ Evdəki rəsmilərə
istinadən xəbər verib.

Yazıda qeyd olunur ki, Konqresin bu addımı öz növbəsində Co Bayden
administrasiyasının imkanlarını məhdudlaşdıra bilər.

“Hücumun uğurlu olması çox vacibdir. Müharibənin sonsuz dalana dirəndiyi üzə
çıxarsa, bunu Amerika ictimaiyyətinə qəbul etdirmək və siyasi nöqteyi-cəhətdən
əsaslandırmaq çətin olacaq”, – deyə məqalədə vurğulanır.

Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, Rusiyanın 2022-ci ilin
fevraldan Ukraynanın işğalına başlamasından sonra ABŞ-nin Kiyevə təkcə hərbi
yardımlarının həcmi 30 milyard dollara yaxındır.

Source link