KSQT ekspertlərini Suriyaya yollayır

KSQT ekspertlərini Suriyaya yollayır

Baxış sayı: 2. 363 dəfə baxılıb.

Kimyəvi silahların qadağan edilməsi təşkilatı Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunması haqqında məlumatların yerində araşdırılması üçün Duma şəhərinə ekspertlərini göndərəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

“Təşkilatın baş direktoru Əhməd Üzümcü bu iddialarla əlaqədar faktların müəyyən edilməsi üçün Dumaya ekspert missiyasının göndərilməsi məsələsini götür-qoy edib”, – deyə bəyanatda deyilir.

KSQT-nin texniki katibliyi Suriya hökumətini, ekspertləri qəbul etmək üçün bütün lazımı hazırlıq işlərini aparmağa çağırıb.

Bu arada BMT baş katibi Antoniu Quttereş Suriyada KSQT ekspertlərinin iddia olunan kimyəvi hücum faktını yerində araşdırması məqsədilə,  Dəməşqin onlara bütün lazımı şəraiti yaratmasını tələb edib.

.
www.ÇıxışYolu.Com