6df07a5c-9750-4a75-9b4f-cccb4e0463d2..jpg

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum oldu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 596 dəfə baxılıb.

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum oldu – YENİLƏNİB +
VİDEO

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub.

“Report”un məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Nizaməddin
Rəcəbovun meyiti Kür çayının sahilində, Yevlax şəhər ərazisində olan körpünün
yaxınlığında tapılıb.

Onun üzərində xəsarətlər aşkarlanmayıb və suda boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, mərhumun yaxınlarının bildirdiyinə görə, həmin şəxsin psixoloji
problemləri olub və tüfeyli həyat tərzi yaşayıb. O, 10 gün öncə itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

16:18

Kür çayında naməlum insan meyiti tapılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, meyit Kürün Yevlax rayonu
ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin
əməkdaşları cəlb olunublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış
keçirilir.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.


Source link