Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Baxış sayı: 2. 629 dəfə baxılıb.

Mart ayının 13-də ölkə ərazisində 13-cü “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı.

Bu, 27 fevral 2018-ci il tarixində açılışı edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir “ASAN xidmət” mərkəzidir. 

Zərifə Əliyeva prospekti 2 ünvanında yerləşən mərkəz özlüyündə bir neçə ictimai iaşə obyektlərini birləşdirərək “ASAN Həyat” kompleksini formalaşdırır. 

ÇıxışYolu.Com olaraq mərkəzlə yaxından tanış olmaq üçün ölkə mətbuatının bir neçə nəfər jurnalisti ilə birlikdə “ASAN xidmət”in həyata keçirdiyi media-tur əsasında mərkəzin fəaliyyətə başladığı gün Mingəçevir şəhərinə yollandıq. 

Şəhər haqqında çox əhvalatlar eşitmişdim. Ən maraqlısı isə onun adı ilə bağlıdır. Ehtimallardan biri toponimin “Min, gəl, çevril” olmasıdır.

Deyilənə görə, şəhər gözəl olsa da, burada yaşamaq qorxulu imiş. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfat törədirmiş. (Qayığa min gəl, amma burada yaşama, çevril get).

Nəhayət ki, 308 kilometrlik uzun bir məsafədən sonra Mingəçevir şəhərinə, daha doğrusu, Mingəçevir “ASAN xidmət” mərkəzinə çatdıq. 

Sanki bura mərkəz yox, daha çox nağıllarda oxuduğumuz cənnət məkanıdır. Kür çayının sahilində yerləşən mərkəzin gözəlliyini bir tərəfdən körpülər, bir tərəfdən istirahət zonaları, digər tərəfdən şəhərin füsunkar mənzərəsi tamamlayırdı.

Yəqin ki, bunları yazılı şəkildə sizə çatdırarkən özünüzü bir anlıq Mingəçevir “ASAN Həyat” kompleksində hiss edəcəksiniz. 

Nə qədər qəribə səslənsə də, ilk müşahidəmdən sonra bu söz yadıma düşdü: “Kür qırağının əcəb “ASAN”ı var”. 

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Bu hələ xaricdən gördüyüm mənzərədir. Lakin içəri girərkən tamam başqa mənzərə ilə qarşılaşırsan. Bura “ASAN xidmət” deyil, hansısa “Mall”dır” fikirləri insanın beynində dolaşmağa başlayır. 

Hərəkət edən eskalatorlar, müraciət edən vətəndaşların uşaqlarının rahatlığı üçün nəzərdə tutulmuş əyləncə yeri, kinoteatr, kafe, avtobus dayanacağı insanın həm ruhunu, həm də gözünü oxşayır.

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Operativ və gülərüz heyətdən ibarət olan işçiləri də nəzərə almaq lazımdır. Təbii ki, fərqli xüsusiyyətə malik insanların hamısı ilə münasibət qurmaq çətin təəssürat yaratsa da, bu, onlar üçün “ASAN”dır. 

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Vətəndaşlara xidmət etməyi həm vəzifə borcu, həm də bu xidmətin şərəfli olduğunu deyən Günay Osmanova bildirir ki, yeni açılmasına baxmayaraq, günü-gündən müraciət edən vətəndaşların sayı artan templə davam edir:

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

“”ASAN xidmət” ölkə ərazisində öz sözünü demiş və vətəndaşlara göstərilən xidmət sayəsində daim təriflənən bir qurumdur. Çox şadam ki, Mingəçevir şəhərində də belə bir mərkəz açıldı.

Bununla da həm vətəndaşların işləri “ASAN”laşır, həm də işləmək istəyən gənclər üçün şərait yaradılır. Fikrimcə, bu xidmət regionun hər bir şəhər və rayonunda olmalıdır. Bu işdə “ASAN xidmət” rəhbərliyinə və bütün kollektivə uğurlar arzu edirəm. Hər şey “ASAN” üçün”. 

Gün ərzində nə qədər vətəndaşın müraciət etdiyi və daha çox nə ilə bağlı müraciətlərin daxil olduğu məsələsinə toxunan xidmət işçisi bildirib ki, 12 mart tarixində 590 vətəndaş müraciət edib və ünvanlanan müraciətlərin çoxu şəxsiyyət vəsiqəsinin, xarici pasportun yenilənməsi, notarius ilə bağlıdır. Müraciət edən vətəndaşlar arasında kişilər üstünlük təşkil edir.

Günay xanımla söhbətimiz əsnasında yaşlı kişinin kollektivə xoş sözlər dediyinin, yaradılan şəraitdən və xidmətdən razı olduğunun şahidi olduq. Yaxınlaşanda özünü təqdim etmək istəməsə də, danışıb təəssüratlarını bölüşmək istədiyini bildirdi. 

Onun sözlərinə görə, əvvəllər bu işləri görmək insanı həm yorurdu, həm də çox vaxt aparırdı:

“Baxın, bu uşaqların hamısından razıyam. Maşallah, hər biri də gözəl-göyçək xanımlardır. Nə deyirəm, gülərək, mehriban qarşılayırlar. Bura nəvəmlə birlikdə şəxsiyyət vəsiqəmin dəyişdirilməsi üçün gəlmişəm.

Hər şey çox rahat və tez bir şəkildə yerinə yetirilir. Lakin əvvəl belə deyildi. Get-gəl adamı yorurdu. Elə olurdu ki, günlərlə növbə gözləyirdin. Allah dövlətimizdən və ölkə prezidentindən belə bir xidməti yaratdığına görə razı olsun”.

Mingəçevir “ASAN Xidmət” mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 337.767 nəfər vətəndaşa xidmət göstərir.

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

12 mart 2018-ci il tarixində mərkəzə ilk müraciət qeydə alınıb. Belə ki, İlqar Həsənov oğluna görə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdiyini deyib: 

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

“Oğlum Həsənli Fərid üçün 16 yaşı tamam olduğuna görə müraciət etdim və şəkilli şəxsiyyət vəsiqəsi aldım. Bununla da Mingəçevir “ASAN xidmət”inin ilk müraciət edən vətəndaşı olduq. Göstərilən xidmətdən razıyıq. Allah onlardan razı olsun. Dövlətimiz sağ olsun”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov  deyir ki, 12 mart tarixində xidmət mərkəzinə 600 müraciət daxil olub:

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Günün birinci yarısına qədər Mingəçevir “ASAN xidmət” mərkəzinə 400 müraciət ünvanlanıb.

Hazırda ölkə üzrə 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir:

“Beşi Bakıda, digər səkkizi isə regional mərkəzlər olmaqla, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevir şəhərlərində yerləşir. 2020-ilə qədər daha yeddi “ASAN xidmət” mərkəzi tikiləcək.

Bu il İmişli və Şəkidə xidmət mərkəzlərinin istifafəyə verilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə Tovuz, Ağcabədi, Kürdəmir, Cəlilabad və Şamaxı mərkəzləri tikiləcək”.

Həmçinin mərkəzdə göstərilən xidmətlərlə yanaşı, “ASAN Peşə” layihəsi də fəaliyyət göstərir. 

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

“ASAN Peşə” Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi əsasında yaradılıb.

Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır.

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Layihəyə uyğun olaraq “ASAN Peşə” Mərkəzində dörd istiqamət üzrə – elektrik, mexanika, santexnika, tikiş işləri üzrə ən müasir maddi-texniki baza, mütəxəssislərin iştirakı nəzərdə tutulub.

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

Kür qırağının əcəb “ASAN”ı var – REPORTAJ

.
Ehtiram Jabi
www.ÇıxışYolu.Com