68a3f9f1-e777-4e00-89bf-ccb452e2023c..jpg

Kürdə yaşanan dəhşətin TƏFƏRRÜATI: Oğlunun batdığını görən ana özünü çaya atıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 438 dəfə baxılıb.

Kürdə yaşanan dəhşətin TƏFƏRRÜATI: Oğlunun batdığını görən ana özünü çaya atıb
– YENİLƏNİB + VİDEO

Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub.

Baku.ws-in əldə etdiyi məlumata görə, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov
Kürdə çimən zaman baş verib.

Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb.
Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb.
Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün
çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus
Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus
Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.

Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı
ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş. O, Qazax rayonu
Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərini yaxşı oxuyan
Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi
tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən
məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan
Kərimov Sumqayıt Musiqi Kollecinin məzunu olub.

Nurlan evin ən böyük övladı olub. Onun çayda batan Akşindən başqa Ruslan adlı
qardaşı da var imiş. Kiçik qardaşı Akşin Elburus oğlu Kərimov Nurlandan 5 yaş
kiçik olub. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova
əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı
kəndindəndir.

12:24

Şəmkirdə ana və iki oğlu Kürdə boğulublar .

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, faciəvi şəkildə ölən ailə üzvləri
Qazax rayonunun Canalı kənd sakinləridirlər.

Günay Kərimova oğlanları Nurlan və Aqşin ilə birlikdə Şəmkirə istirahətə
gəliblər. Çimmək üçün çaya gedən ailənin üç üzvünün bir saat sonra cansız
bədənləri sudan çıxarılıb.

N.Kərimov aşıq fəaliyyəti ilə məşğul olub. O, rayonda toy və el şənliklərində
iştirak edirmiş.

Kürdə batan gənc Nurlanın sazda ifasının videosunu təqdim edirik:


Source link